Entoni Coşua rinqə qayıdır

Superağır çəkidə ikiqat dünya çempionu Entoni Coşua rinqə qayıtmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, onun gələn ilin may-iyun aylarında döyüşə çıxacağı gözlənilir.

Bu haqda boksçunun promouteri Eddi Xirn məlumat paylaşıb.

"Onu may, ya da iyun ayında rinqdə görəcəksiniz. Entoni Daniel Dübua ilə revanşı səbirsizliklə gözləyir. Amma, Tayson Fyuri ilə döyüşdən də imtina etmək çətin olacaq. Görək, dükabrın 21-də o, necə döyüşəcək...", deyə Xiri Ariel Helvaniyə müsahibəsində bildirib.

Qeyd edək ki, Coşua, sentyabrda keçirdiyi son qarşılaşmasında Daniel Dübuaya nokautla uduzmuşdu.