Enzo Fernandez "Çelsi"dən ayrıla bilər

"Mançester Siti" "Çelsi"nin futbolçusu Enzo Fernandezi heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçinin dəyəri 90 milyon avrodur.

Qeyd edək ki, E.Fernandez bu mövsüm meydana çıxdığı 54 matçda 15 qol, 7 asistlə yadda qalıb.