Eriksen hadisəsində etdiklərinə görə mükafatlandırıldılar

“UEFA prezidenti” mükafatının sahibi bəlli olub.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, bu ada Danimarka milli komandasının kapitanı Simon Ker və yığmanın həkimləri layiq görülüb. UEFA prezidenti Aleksandr Çeferin bununla bağlı bildirib:

“Onlara “UEFA prezidenti” mükafatını təqdim etməkdən qürur duyuram. Builki mükafat futboldan kənara çıxdı. Bu, həyatın nə qədər qiymətli olduğunu göstərməyə xidmət edir. Sağalmaqda olan Kristian Eriksenə və ailəsinə ən xoş arzularımı çatdırmaq istərdim”.
 
Danimarka millisinin futbolçusu Eriksen iyunun 12-si Avro-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda huşunu itirərək, yerə yıxılıb. Futbolçuya ilkin müdaxiləni komanda yoldaşı Simon Kyaer və millinin həkimləri edib. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.