Eriksen nə vaxt qayıdır?

İki aydır yaşıl meydanlardan uzaqda qalan "İnter"in futbolçusu Kristian Eriksen oyuna çıxa biləcəyi vaxtı açıqlayıb.

Sportline.az xəbər verir ki, Danimarka millisinin üzvü "Corriere dello Sport"a açıqlamasında deyib: "4-5 aydan sonra oynamağa başlayacağam. Hər şey yaxşıdır".

İki gündür "İnter"in düşərgəsinə qoşulan 29 yaşlı futbolçu burada da danimarkalı həkimlərin nəzarəti ilə müalicə olunacaq.

Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.