Erməni idmançıya şok cəza

Rusiyalı xokkeyçi İlya Altıbarmakyanda kokain aşkarlanıb. 

Sportline.az Beynəlxalq Buzüstü Xokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm "SKA-1946"da oynayan 19 yaşlı erməni əsilli hücumçunun dopinq testində kokain izlərinə rast gəlinib. 

Altıbarmakyan 4 il müddətinə diskvalifikasiya edilib. O, B nümunəsinin açmaqdan imtina edib. İdmançının cəzanı yumşaltmaq üçün İdman Arbitraj Məhkəməsinə müraciət etmək hüququ var.

Qeyd edək ki, İlya Altıbarmakyan 2020-ci fevralına qədər gənclər liqasında çıxış edib.