Essyen Afrikaya gedə bilər

"Səbail"in futbolçusu Maykl Essyen gələcəyi ilə bağlı danışıb.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, o, gələcəkdə Cənubi Afrika Respublikasının (CAR)  Premyer Liqasında oynaya biləcəyini söyləyib: "CAR çempionatı pis deyil, bura gəlmək istəyərəm. Heç vaxt "heç vaxt" deməməlisən. Seçimləri açıq saxlayıram".

36 yaşlı yarımmüdafiəçi karyerasını bitirməyi düşünmədiyini də söyləyib: Futbolu sevirəm. Bütün həyatım boyu futbol oynamışam. Buna görə hazırda karyeramı bitirmək barədə düşünmürəm".

Qeyd edək ki, Essyen bu ilin martında "Səbail"lə 1.5 illik müqavilə imzalayıb.