"Everton" "İnter"in təklifini rədd edib
"Everton" "İnter"in İliman Endiyaye üçün göndərdiyi 47 milyon avroluq təklifini geri çevririb.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
Mersisayd klubu futbolçusunu satmaq niyyətində deyil.
Qeyd edək ki, Endiyaye sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.