"Everton" "Southempton"a 45 milyon avro ödəməyə hazırdır

"Everton" "Southempton"un 17 yaşlı futbolçusu Tayler Diblinq üçün 45 milyon avro ödəməyə hazırdır.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Mersisayd klubu futbolçu ilə ilkin razılıq əldə edib.

Lakin son qərarı "Southempton" klubu verəcək.

Qeyd edək ki, T.Diblinqin klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.