"Everton"dan 50 milyonluq transfer

DÇ-2026-da qırmızı vərəqəsi və sonradan cəzasının ləğvi ilə gündəmə gələn Folarin Baloqun karyerasını “Everton”da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərə klubu ABŞ millisinin hücumçusunun transferi ilə bağlı “Monako” ilə razılığa gəlib. 

“Everton” 25 yaşlı futbolçu üçün 45 milyon avro transfer haqqı ödəyəcək. Müqavilədə əlavə 5 milyon avro bonus və Baloqunun gələcək satışından “Monako”ya pay verilməsi də nəzərdə tutulub.

Futbolçu ilə 4+1 illik müqavilə üzrə şəxsi şərtlər də razılaşdırılıb.