"Everton"u "Real Madrid"ə dəyişir

"Everton"un ingiltərəli müdafiəçisi Cerred Brantveyt karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Mirror"a istinadən xəbər verir ki, "Real Madrid" Cerredi yay transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyir.

Karlo Ançelotti 22 yaşlı futbolçunun çıxışını bəyənir.

C.Brantveytin "Everton"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, "Transfermarkt" portalında Cerredin dəyəri 42 milyon avro olaraq qiymətləndirilir.