EYOF-da Azərbaycanı təmsil edəcək daha bir idmançının adına aydınlıq gəlib
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək daha bir idmançının adına aydınlıq gəlib.
Bu barədə Sportline.az-a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Festivalda üzgüçülük üzrə Vlastilina Xasyanova iştirak edəcək.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək keçiriləcək.