Fabreqas qitə nəhənglərinin hədəfində

"Komo"nun baş məşqçisi Sesk Fabreqas qitənin aparıcı klublarının diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssislə "Mançester Siti" və "Barselona"nın maraq dairəsinə düşüb.

Bu haqda  "Il Messaggero" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Mançester Siti" rəhbərliyi Xosep Qvardyolanın postundan gedəcəyi halda onu Fabreqasla əvəzləmək niyyətindədir.

Digər xəbərlərdə Fabreqasın həmçinin, "İnter" və "Milan"ın da planlarına daxil olduğu bildirilir.

Qeyd edək ki,  37 yaşlı ispaniyalı maşqçilik karyerasına 2023-cü ildə "Komo"nun 19 yaşadək futbolçulardan ibarət komandasında başlayıb.