Falkaonun "Monako" karyerası davam edir

"Monako" Radamel Falkao ilə yeni müqavilə imzalayıb.

SportLine.az xəbər verir ki, yeni razılaşmaya əsasən, futbolçu 2020-ci ilədək knyazlıq klubunun şərəfini qoruyacaq. 

Qeyd edək ki, kolumbiyalı hücumçu cari mövsümdə I Liqada 29 oyunda 21 dəfə rəqib qapısına yol tapıb.