"Fənərbağça"nın 384,8 milyon avro borcu var
Bu gün “Fənərbağça”nın İdarə Heyətinin iclası keçirilib.
Sportline.az xəbər verir ki, toplantıda İstanbul təmsilçisinin ümumi borcu da açıqlanıb. Klubun nizamnaməsinin müvafiq maddələrinə əsasən, “Fənərbağça” İdman Klubu Dərnəyi və onun törəmə qurumlarının 30 sentyabr 2021-ci il tarixinə olan ümumi borcu 384,8 milyon avrodur.
Qeyd edək ki, “Fənərbağça” hazırda 37 xalla Super Liqada 5-ci pillədə qərarlaşır.