"Fənərbağça" ABŞ-li oyunçunu transfer etdiyini açıqlaylb

"Fənərbağça" basketbol komandası heyətini hücumçu ilə gücləndirib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlilər" "Makkabi" forması geyinən Veyd Baldvin ilə razılıq əldə edib.

28 yaşlı oyunçu ilə müqavilə 2+1 illik imzalanıb.

Xəbərdə Veydin ilə 2 milyon dollar qazanacağı bildirilir.

Ulduz basketbolçu ötən mövsüm çıxış etdiyi 46 oyunda 15.6 xal və 5 asist ortalaması ilə oynayıb.

Qeyd edək ki, Veyd Balvin NBA karyerasında "Memfiz Qrizels" və "Portland Trail Bleyzers" komandalarının formasını geyinib.