"Fənərbağça" "Arsenal"a 15 milyon avro təklif edib

Yeni mövsümdə çempionluğu hədəfləyən "Fənərbağça" heyətini gücləndirməyə davam edir.

Sportline.az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, İstanbul klubu belçikalı futbolçu Leandro Trossardı heyətinə qatmağı planlaşdırır.

30 yaşlı futbolçu üçün "Fənərbağça" qarşı tərəfə 15 milyon avro təklif edib. "Arsenal"ın rəhbərliyi bu təklifə cavab verməyib.

Qeyd edək ki, Trossardın London klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.