"Fənərbağça" "Braqa" ilə danışıqlara başlayıb

"Fənərbağça"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az xəbər verir ki, "Braqa"nın uruqvaylı futbolçusu Rodriqo Zalazar "Fənərbağça"nın transfer hədəfinə çevrilib.

Bu haqda "Sabah" qəzeti məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin dəyəri 18 milyon avrodur.