"Fənərbağça' daha bir basketbolçu ilə yollarını ayırıb

"Fənərbağça" Basketbol komandasında Nik Kalates və Nate Sestinadan sonra daha 1 ayrılıq yaşanıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "sarı-lacivərtlilər" israilli oyun qurucu Yan Madar ilə yolların ayrıldığını açıqlayıb.

23 yaşlı basketbolçu 2023-cü ildən Türkiyə klubunda çıxış edirdi.

Yan Madar bu mövsüm "Fənərbağça" ilə Türkiyə Super Liqasının qalibi olub.

Qeyd edək ki, Madar daha əvvəl "Hapoel Tel Əviv" və "Partizan" klublarının formasını geyinib.

Banner