"Fənərbağça" daha bir ulduzu hədəfə alıb

"Fənərbağça" heyəti gücləndirməkdə davam edir.

Sportline.az xəbər verir ki, son olaraq, Kerem Aktürkoğlu, Marko Asensio və Edersonla anlaşan İstanbul nəhəngi daha bir ulduzun ovuna çıxıb.

Söhbət "Braqa"nın uruqvaylı yarımmüdafiəçisi Rodriqo Zalazardan gedir.

Uruqvaylı jurnalist Rodri Vaskesin yaydığı xəbərə görə, klublar arasında bununla bağlı ilkin danışıqlar olub.

Transfer dəyəri 18 milyon avro olan Zalazar, bu mövsüm meydana çıxdığı 8 oyunda 5 qol, 1 asistlə yadda qalıb. 

26 yaşlı futbolçunun Portuqaliya klubu ilə 2028-ci ilədək müqaviləsi var.