"Fənərbağça" Hondanın həmyerlisini istəyir

Türkiyənin “Fənərbağça” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Santa Klara” klubundan yarımmüdafiəçi Hidemasa Moritanı transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fənərbağça” 26 yaşlı yapon futbolçu və klubu ilə razılaşıb. Moritanın yaxın saatlarda İstanbula gələcəyi gözlənilir.

Morita Yaponiya milli komandasının da üzvüdür.