"Fənərbağça" türkiyə mütəxəsislə anlaşdı

"Fənərbağça" baş məşqçi postuna türkiyəli mütəxəsis İsmail Kartalı gətirmək niyyətindədir.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 64 yaşlı baş məşqçi ilə anlaşıb.

İsmail Kartal son olaraq İranın "Persepolis" klubunda işləyib.

Qeyd edək ki, "Fənərbağça" 29 avqustda portuqaliyalı mütəxəsis Joze Mourinyo ilə müqaviləyə xitam verib.