"Fənərbağça" ulduz basketbolçu ilə yollarını ayırıb

"Fənərbağça" basketbol komandasında daha bir ayrılıq yaşanıb.

Sportline.az Ntvspor.net-ə isitnadla xəbər verir ki, "sarı-lacivərtlilər" yunanıstanlı basketbolçu Nik Kalateslə yeni müqavilə imzalamayıblar.

35 yaşlı təcrübəli oyunçu 2022-ci ildən Türkiyə klubunda çıxış edirdi.

Qeyd edək ki, "Fənərbağça" klubu "X" sosial hesabından oyunçu üçün təşəkkür məktubu yayımlayıb.