"Fənərbağça" və "Beşiktaş" transfer yarışına girib
"Real Madrid"in avstriyalı stopperi David Alaba karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça" və "Beşiktaş" sözü gedən futbolçunu heyətinə qatmaq istəyir.
33 yaşlı futbolçunun Madrid klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Alaba bu mövsüm meydana çıxmayıb.