"Fənərbağça" yeni baş məşqçisini açıqlayıb

Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı Jorji Jezuşla danışıqlara başladığını İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) bildirib.

68 yaşlı mütəxəssis ötən gecə Türkiyəyə gəlib. Onunla 2 illik müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Jorji Jezuş ölkəsində "Benfika"dakı uğurlarına görə tanınıb.