"Fənərbağça" yeni transferini açıqladı

"Fənərbağça" heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi Abdou Aziz Fallı karyerasını İstanbul nəhəngində davam etdirəcək.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

Fall, son olaraq Seneqalın "Essamaye FC" klubunda forma geyinib.