“Fənərbağça’ yenidən Türkiyə derbisində məğlub olub
4 gün öncə “Euroleague”də qarşılaşan “Fənərbağça” və “Anadolu Efes” bu dəfə Türkiyə Super Liqasında münasibətləri aydınlaşdırıblar.
Sportline.az xəbər verir ki, görüş 90-80 hesabı ilə “Anadolu Efes”in xeyrinə yekunlaşıb.
Matçın ən məhsuldar oyunçuları 22 xal, 2 ribaund, 5 asistlə Şeyn Larkin və 22 xal, 7 ribaund, 1 asistlə Ercan Osmani olub.
Xatırladaq ki, 4 gün öncə “Euroleague” çərçivəsində keçirilən matçda da qalib gələn tərəf 80-82 hesabı ilə “Anadolu Efes” olmuşdu.