“Fənərbağça”da ağır itki
“Fənərbağça”nın qanalı futbolçusu Aleksander Cikunun zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Trabzonspor” ilə matçda ayağından zədə alıb.
Cikunun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Aleksander Ciku “Fənərbağça”da çıxış etdiyi 50 matçda 3 qol və 1 asistlə yadda qalıb.