“Fənərbağça”da daha bir ayrılıq
Türkiyənin “Fənərbağça” klubu daha bir futbolçu ilə vidalaşıb.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi legioneri Zanka ləqəbli Matias Yorgensenlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Zanka 2019-cu ildən “Fənərbağça”da idi. Qambiya əsilli danimarkalı müdafiəçi İstanbul təmsilçisində əsas heyət oyunçusuna çevrilə bilmədiyi üçün əvvəlcə Almaniyanın “Fortuna” (Düsseldorf), ötən mövsüm isə Danimarkanın “Kopenhagen” klubuna icarəyə verilmişdi. Danimarka millisində 35 oyun keçirmiş futbolçu, əvvəllər PSV və “Haddersfild Taun” klublarının da formasını geyinib.