"Fənərbağça"da sürpriz transfer gözlənilir

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Fənərbağça"da sürpriz transfer gözlənilir.

Sportline.az xəbər verir ki, istanbullular Almaniyanın "İnqolştadt" klubunda forma geyinən Deniz Zeytleri heyətə qatmağı planlaşdırırlar.

"Takvim"də yayıılan məlumata görə, "sarı-lacivərt"lər 3-cü Bundesliqada mübarizə aparan komandanın hücumçusu ilə ciddi maraqlanırlar.

Qeyd edək ki, Almaniyanın U19 millisinin hücumçusu ötən mövsüm meydana çıxdığı 35 oyunda 10 qol və 4 asistlə yadda qalıb.