"Fənərbağça"da yeni müqavilə
Yeni mövsümə hazırlığı davam etdirən "Fənərbağça" heyətə əl gəzdirməkdədir.
Sportline.az xəbər verir ki, İstanbul nəhəngi Ceyden Ostervolde ilə bağlı məsələyə də aydınlıq gətirib.
24 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin yayınadək uzadılıb.
Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsümdən "Fənərbağça"nın formasını geyinir.