“Fənərbağça”dan Lukman həmləsi
"Fənərbağça” “Atalanta”nın ulduzu Ademola Lookman üçün təklif irəli sürüb.
Sportline.az xəbər verir ki, bu haqda "Fanatik" nəşri məlumat yayıb.
Türkiyə nəhəngi futbolçuya illik 6 milyon avro maaş təklif edib.
Məlumata görə, “Fənərbağça” futbolçu və onun klubu ilə hələlik razılıq əldə etməyib.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, "Fənərbağça" futbolçuya 4 illik müqavilə təklif edib.