“Fənərbağça”dan növbəti qələbə

Avroliqada 4-cü turun görüşlərinə start verilib.

Sportline.az xəbər verir ki, bu mövsüm avroliqada çempionluğa əsas namizədlərdən sayılan “Fənərbağça” səfərdə “Alba Berlin” komandası ilə qarşılaşıb. Görüş “Fənərbağça”nın 78:71 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ən məhsuldar basketbolçusu “Fənərbağça”nın oyunçusu Veyd Boldvin olub. 13 xal 2 ribaund 4 asist.

“Alba Berlin”in ən məhsuldar oyunçusu isə Martin Hermanson olub. 13 xal 2 ribaund 5 asist

Qeyd edək ki, “Fənərbağça” turnir cədvəlində 3-cü, “Alba Berlin” isə 16-cı pillədə qərarlaşır.