"Fənərbağça"nın baş məşqçisi o olacaq

"Fənərbaxça"da məşqçinin adının müəyyən edilməsi ilə bağlı idarə heyətinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, İsmail Kartalın adının daha çox dəstəkləndiyi görüşdən sonra klubun nümayəndəsi Hulusi Belgü açıqlama verib.

4 məşqçinin nəzərdən keçirildiyini bildirən Belgü, "Klub nümayəndəsi Devin Özek 4 namizədlə görüşdü. Siyahıya digər namizədlər də əlavə edildi, bəziləri çıxarıldı. Siyahıdakı məşqçilərlə görüşlər keçiriləcək. Devin lazım olan məşqçi tipi ilə bağlı təqdimat etdi” - deyə bildirib.

Qeyd edək ki, yerli dairələr "Fənərbaxça"nın İsmail Kartalla anlaşdığı barədə xəbərlər dərc edib.