"Fənərbağça"nın brazilyalı futbolçusu zədələnib

“Fənərbağça”nın braziliyalı futbolçusu Anderson Talişka zədə səbəbilə sıradan çıxıb.

Sportline.az xəbər verir ki, İstanbul klubunun rəsmi saytında yer alan məlumata görə, 31 yaşlı yarımmüdafiəçi “Karagümrük”lə keçirilən və 2:2 hesabı ilə başa çatan yoxlama matçında arxa əzələsindən zədə alıb.

Talişka ilə bağlı müalicə prosesi artıq başlayıb. Zədənin nə qədər ciddi olduğu barədə isə hələlik ətraflı informasiya verilməyib.