"Fənərbağça"nın sabiq oyunçusu "Bavariya"ya transfer olunub
Son olaraq "Fənərbağça" forması geyinən və ötən mövsümün ardından komandadan ayrılan israilli basketbolçu Yan Madar "Bavariya"ya transfer olunub.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, 23 yaşlı basketbolçu Almaniya klubu ilə 2 illik müqaviləyə imza atıb.
Ötən mövsüm "sarı-lacivərtlilər"in heyətində 49 oyuna çıxan Madar 6.8 xal və 3.6 asist ortalaması ilə çıxış edib.
Qeyd edək ki, Yan Madar daha əvvəl karyerasında "Partizan" klubunun uğurları üçün çalışıb.