"Fənərbağça" 6 futbolçusunu göndərir

"Fənərbağça" bir neçə futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu barədə "Hüriyyet" məlumat yayıb. İstanbul təmsilçisi qış transfer pəncərəsinin sonunadək 6 oyunçusunu komandadan göndərəcək. Sözügedən futbolçular arasında Mixa Zayç, Luis Qustavo, Xose Sosaya, Maks Meyer, Marsel Tiesserand və Dimitrios Pelkas var. 

Xəbərdə o da qeyd olunub ki, Superliqa klubunun oyunçuları ilə yollarını ayırmaqda məqsədi heyətinə yeni futbolçu qatmaqdır.