"Fənərbaxça" mübarizəni dayandırdı, "Mançester Yunayted" qalib gəldi

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, oyunlar iki günü əhatə edəcək. İlk gündə üç qarşılaşma keçiriləcək.

Yerli futbolsevərlərin diqqəti İstanbula yönələcək. Səfərdə "Krasnodar"a minimal hesabla uduzan "Fənərbaxça" məğlubiyyətin əvəzini doğma meydanda çıxamağa çalışacaq.

"Sent-Etyen" - "Mançester Yunayted" və "Şalke" - PAOK görüşləri isə daha çox formal xarakter daşıyacaq.


22 fevral 2017
Avropa Liqası, 1/16 final (Cavab görüşləri)


“Fənərbaxça” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 1:1
QOLLAR:
Smolov, 7 (0:1); De Souza, 41 (1:1)
İlk oyun – 0:1
 
“Şalke” (Almaniya) – PAOK (Yunanıstan) - 1:1
QOLLAR:
Şopf, 23 (1:0); Nastasiç, 25/a.q. (1:1)
İlk oyun – 3:0
 
“Sent-Etyen” (Fransa) – “Mançester Yunayted” (İngiltərə) - 0:1
QOL:
Mxitaryan, 16 (0:1)
İlk oyun – 0:3