"Fənərbaxça" növbəti mərhələdə
Türkiyə kubokunda 4-cü turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha bir favorit - "Fənərbaxça" meydana çıxıb. İlk matçda "Giresunspor"u məğlub edən "sarı bülbüllər" bu dəfə də rəqibə aman verməyiblər. 4 turdan sonra maksimum nəticəyə imza atan "Fənərbaxça" adını vaxtından əvvəl növbəti mərhələyə yazdırıb.
13 fevarl 2015
Türkiyə kuboku, 4-cü tur
"Fənərbaxça" - "Girəsunspor" - 6:1
QOLLAR: Zeybek, 17 (1:0); Civelek, 39 (2:0); Caner Erkin, 55 (3:0); Van Persi, 59 (4:0); Fernandao, 68 (5:0); Abdulaziz Solmaz, 76 (5:1); Van Persi, 82 (6:1)