"Fənərbağça" İstanbul derbisini qazandı

Bu gün Türkiyə Superliqasının 32-ci turunda İstanbul derbisi olub.

Sportline.az xəbər verir ki, "Fənərbağça" "Qalatasaray"ı qəbul edib.

Bu komandalar arasında bu mövsüm ölkə çempionatında oynanılan ilk görüşdə "Fənərbağça" 2:1 hesabı ilə qalib gəlmişdi. Bu matçda da “sarı-lacivərdlilər” qələbə qazanıb - 2:0.

10 aprel

21:30. "Fənərbağça" - "Qalatasaray" - 2:0

Qollar: Zayts, 26, Dursun, 68
Baş hakim: Atilla Karaoğlu

Bu qələbədən sonra xallarını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.