"Fənərbağça"dan qələbə
"Fənərbağça" Türkiyə Superliqasında növbəti matçına çıxıb.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi 33-cü turda "Göztəpə" ilə qarşılaşıb. Matç "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 4-cü dəqiqədə Serdar Eziz açıb. 83-cü dəqiqədə isə Arda Güler penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Fənərbağça" hazırda yarışın turnir cədvəlində 62 xalla 2-cidir. "Göztəpə" isə 27 xalla 19-cü pillədə qərarlaşır.