Fermin Lopez "Atletiko"nun radarına düşüb
"Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopez mövsümün sonunda klubunu dəyişə bilər.
Sportline.az "El Nacional"a istinadən xəbər verir ki, "Atletiko Madrid" F.Lopezi transfer siyahısına əlavə edib.
21 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Lopez bu mövsüm çıxış etdiyi 25 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.