Fermin Lopez: “Barselona”da xoşbəxtəm”

"Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopez klubda xoşbəxt olduğunu söyləyib.

Sportline.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi uzun illər bu klubda qalmaq istədiyini dilə gətirib.

"Barselona"da xoşbəxtəm. Heç bir zaman bu klubdan ayrılmaq kimi düşüncəyə gəlmədim. Uzun illər bu klubda qalmaq istəyirəm", - deyə F.Lopez bildirib.

Qeyd edək ki, Ferminin "Barselona" ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.