Fermin Lopez "Barselona"dan ayrıla bilər

İngiltərə nəhəngləri “Barselona”nın ulduz futbolçusunu transfer etmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted” və “Aston Villa” Fermin Lopez üçün “Barselona”ya təklif göndərib.

“Fichajes”də dərc edilən xəbərə görə, futbolçu üçün 70 milyon avro təklif edilib.

Klubların Fermin Lopezə isə “Barselona”dakı məvacibindən iki dəfə çox məvacib təklif edilib. Bildirilir ki, futbolçu təklifi rədd edib.

Qeyd edək ki, Fermin Lopezin “Barselona” ilə müqaviləsi 2029-cu ildə yekunlaşır. Fermin Lopez bu mövsüm “Barselona”nın heyətində tez-tez yer alır.