FİFA-dan ayağı qırılan futbolçuya jest
FİFA İrlandiya millisinin üzvü Şeymus Koulmanın maaşını ödəməyi öz üzərinə götürüb. Sportline.az xəbər verir ki, söhbət DÇ-2018-in seçmə mərhələsində Uelslə görüşdə (1:1) ayağı qırılan futbolçudan gedir. Bir il müddətinə sıradan çıxan 28 yaşlı müdafiəçinin bu müddət ərzindəki maaşını FİFA ödəyəcək. "Everton"un futbolçusu zədəsini sağaldana qədər ona hər həftə 58 min avro təzminat haqqı veriləcək.