FIFA əfqan qadınlar üçün hərəkətə keçdi
FIFA əfqan qadın futbolçuların ölkədən təxliyyə edilməsi üçün addım atıb.
Sportline.az BBC-yə istinadən xəbər verir ki, ali futbol qurumu hökumətlərə təcili müraciət göndərib və əfqan qadın futbolçuların təxliyyəsi üçün kömək istəyib.
Qeyd edək ki, ölkədən xaricdə olan əfqan qadın futbolçu Xalidə Popal ölkədəki komanda yoldaşları üçün kömək çağırışı etmiş, eyni zamanda, komanda yoldaşlarına formalarını yandırıb gizlənmələrini məsləhət görmüşdü.