FIFA federasiyanın cəzasını yüngülləşdirdi
FIFA İntizam Komitəsi meksikalı azarkeşlərin homofob şüarlara görə sanksiyaya məruz qalan Meksika Futbol Federasiyasının cəzasını yüngülləşdirib.
Sportline.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Beləliklə, daha əvvəl komandaya iki oyunluq azarkeş qadağası qoyulmuşdusa, cəza yüngülləşərək bir oyunluq oldu.
Xatırladaq ki, Meksika milli komandasının azarkeşləri Dominikan Respublikası (18 mart) və ABŞ (24 mart) komandaları ilə Olimpiya seçmə turnir oyunları zamanı homofob şüar səsləndirmişdilər.