Ilin ən yaxşı futbolçusu - Kriştianu Ronaldu
FİFA "İlin ən yaxşı futbolçusu"nu mükafatlandırıb. SportLine.az xəbər verir ki, bu nominasiyada Madrid "Real"ının və Portuqaliya seçməsinin üzvü Kriştianu Ronaldu qalib olub.
Futbolçu argentinalı Lionel Messi ("Barselona”, İspaniya) və braziliyalı Neymarı (PSJ, Fransa) qabaqlayıb.
Qeyd edək ki, K.Ronaldu ötən mövsüm "Real"la Çempionlar Liqası və La Liqada qalib adını qazanıb.