FİFA ilin rəmzi komandasını açıqladı
FİFA 2017-ci ilin rəmzi komandasını açıqlayıb. SportLine.az xəbər verir ki, heyətə Madrid "Real"ının 5 futbolçusu daxil edilib:
Qapıçı: Canluici Buffon (“Yuventus”)
Müdafiəçilər: Dani Alves (“Yuventus”/ PSJ), Leonardo Bonuççi (“Yuventus”/“Milan”), Serxio Ramos, Marselo (hər ikisi “Real”)
Yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi “Real”), Andres İnyesta (“Barselona”)
Hücumçular: Neymar (“Barselona”/PSJ), Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Real”)