FİFA Maltanın qələbəsini tanımadı

FİFA Ukrayna və Malta komandaları arasındakı görüşün nəticəsini tanımayıb. SportLine.az xəbər verir ki, buna səbəb tərəflərin qarşılıqlı razılıq qaydasını pozmasıdır. Belə ki, FİFA beynəlxalq yoldaşlıq görüşlərində maksimum 6 əvəzetməyə icazə verdiyi halda, həmin matçda Ukrayna 10, Malta isə 9 dəyişik edib. Bununla da, oyunun nəticəsi FİFA reytinqinə təsir göstərməyəcək.

Qeyd edək ki, həmin qarşılaşmada Malta iki illik fasilədən sonra qələbə qazanıb (1:0).