FİFA referilərimiz Avropa Liqasına təyinat aldılar
FİFA referilərimiz Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına təyinat alıblar. Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində "Kayrat"la Litva "Atlantas"ı arasında keçiriləcək görüş Ömər Paşayevə tapşırılıb.
Rəhim Həsənov isə Latviyada "Ventspils"lə İslandiya "Valur"unun üz-üzə gələcəyi qarşılaşmada iş başında olacaq.
29 iyun
“Kayrat” (Qazaxıstan) – “Atlants” (Litva)
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Ventspils” (Latviya) – “Valur” (İslandiya)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev
Dördüncü hakim: Rauf Cabarov